Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
09:15 - 6 Mart 2022
Martın 4-də İmişlidə baş verən dəhşətli qəzada ölən şəxsin müğənni olduğu müəyyənləşib.
Manset.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu, Cəlilabad sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğludur.
Belə ki, ifaçı həmin gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə Bəxtiyar Abasov həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bəxtiyar Abasov bir sıra tv proqramlarda iştirak edib, tanınan müğənni olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin