Tural Abbaslıdan bu mühüm dövlət orqanı haqda Sərt sözlər

16:05 - 8 İyul 2021

Tural Abbaslıdan bu mühüm dövlət orqanı haqda Sərt sözlər

"İcra hakimiyyətləri öz işlərinin öhdəsindən gəlmirlər, ziyandan başqa heç bir işə yaramırlar”.

Manset.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
 
O, bildirib ki, icra hakimiyyətləri ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır:

"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Bu məsələ bir daha düşmənlərə Zəngəzura qayıdacağımız mesajı verildi. Bu nüansı mən alqışlayıram. Bu iqtisadi rayonların yaradılmasından öncə icra hakimiyyətlərinin fəaliyyəti barədə söz-söhbətlər var idi. İndi də belə xəbərlər yayılır ki, bu strukturlar ləğv edilsin, onların yerinə başqa strukturlar yaradılsın və ya onların səlahiyyətləri bələdiyyələrə verilsin. Mən düşünürəm ki, bununla bağlı hər hansı bir addım atmazdan öncə geniş ictimai müzakirələr aparılmalıdır. Həm cəmiyyətin, həm də siyasi partiyaların ictimaiyyətinin iştirakı ilə bu müzakirələr olmalıdır”.

Tural Abbaslı onu da qeyd edib ki, bu məsələdə dünya təcrübəsindən yararlanmaq lazımdır:

"Ən optimal variant tapılmalıdır, yəni dövlət nüanslarına faydalı olan addımlar nəzərə alınmalıdır. Fakt odur ki, hazırki icra hakimiyyətləri öz işlərinin öhdəsindən gəlmirlər. Əhalinin problemlərini həll edə bilmirlər. Ümumiyyətlə, ziyan verməkdən başqa heç bir işə yaramırlar. Bunun üçün müxtəlif dövlətlərin nümunələri götürülə və o nümunələr Azərbaycan spesifikasına uyğunlaşdırıla bilər. Bütün bunlar hər hansı bir kabinetdə iki-üç eynəkli adamın müzakirəsilə yox, ictimai müzakirələrin aparılması ilə edilə bilər”.
 


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin