Bakıda stadionda futbol oynayan 10 nəfərin mobil telefonu oğurlandı

15:31 - 8 İyul 2021

Bakıda stadionda futbol oynayan 10 nəfərin mobil telefonu oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin