Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
21 Noyabr 2024
14:34 - 8 İyul 2021
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan “metamfetamin” (patı) aşkar edilib. S. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakiniMətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb. Keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov saxlanılmış, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram narkotik maddə “heroin” aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da saxlanılmış, onun üzərindən 0.2 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürlüb.
ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin