Polis Qubada əməliyyat keçirdi - 2 nəfər həbs edildi

14:02 - 4 Mart 2022

Polis Qubada əməliyyat keçirdi - 2 nəfər həbs edildi

Qubada polis əməliyyat keçirib, 2 nəfər həbs edilib.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elçin Hüseynov və İmişli rayon sakini Mehtixan Cəfərov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin