Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
18:07 - 3 Mart 2022
Ailəsi tərəfindən zorakılığa məruz qaldığı deyilən və axtarışa verildiyi üçün ASAN Xidmət mərkəzində saxlanılan qız sərbəst buraxılıb.
Manşet.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, zorakılığa məruz qaldığı üçün həmin qız 1 saylı Asan Xidmət Mərkəzində saxlanılıb. Belə ki, G.E evdən qaçdığı üçün ailəsi tərəfindən axtarışa verilib. Asan Xidmət Mərkəzinə gələn qız qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə təqdim edilib. Bölmədə iki saata yaxın saxlanılan qız daha sonra sərbəst buraxılıb.
Yazıçı Günel Mövlud iddia edir ki, həmin qız ailəsi tərəfindən ölümlə təhdid edilir: “Polis qadının yazılı ərizəsi ilə könüllü olaraq evdən çıxmasını bildirməsi ilə kifayətlənməyib, onu videoda danışmağa məcbur edib. Hətta dünən polis bölmədə həmin qadına ailəsinin yaxşı ailə olduğunu, onu çox istədiyini bildirərək qadını ailəsi ilə barışdırmağa cəhd edib. Həmin qadın isə videonun ailəsini göndərilməsini istəmir.
Bu gün polis həmin qadına zəng edərək ailəsi ilə danışmalı olduğunu bildirib. Azərbaycan polisi 25 yaşlı qadını ailəsi ilə görüşdürmək, danışdırmaq istəyir. Onu öldürmək istəyən ailə ilə...”
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlama verib: “Qadın saxlanılan kimi dərhal polis əməkdaşları şəxsən mənim tərəfimdən məlumatlandırılıb. Bütün zəruri tədbirlər vaxtında icra olunub. Ailə üzvləri dəfələrlə şikayət edib, "polis şikayətimizə baxmır, araşdırmır"- deyə yazırdılar. Atası qızın itkin düşməsi ilə bağlı müraciət etmiş, qadın da axtarışa verilmişdi. Prosessual tədbirlər tam icra olunduqdan sonra həmin qadın sərbəst buraxılıb və ailə üzvləri bu barədə məlumatlandırılıb. Qadın yazılı izahat verməklə ailəsi ilə yaşamaq istəmədiyini bildirib. Bu, qanunla prosessual icraatın dayandırılması üçün əsas idi”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin