Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda - FOTOLAR

14:49 - 3 Mart 2022

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda - FOTOLAR

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvana köçüb.

 

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev  Manset.az-a bildirib ki, Azərtac-ın əvvəl yerləşdiyi binanın 2- ci mərtəbəsi bütövlükdə ölkədə kino sənətinin inkişafında mühüm xidmətləri olan bu təşkilata ayrılıb:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün kino ictimaəti adından bu qayğıkeş addımına görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirərək qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2022 – ci ilin əvvəlindən həmin ünvanda – Bülbül prospekti 18/30 – da məskunlaşıb.

Prezident İlham Əliyevin bu qayğısına cavab olaraq kino xadimləri bundan sonra da ölkədə gedən ictimai – siyasi proseslərə, Azərbaycan Kinosunun daha da inkişaf etdirilməsinə, filmlərimizin bütün dünyada tanıdılmasına layiqli töhfələr verəcəklər. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı öz fəaliyyətini uğurla davam etdirmək üçün bir sıra təşkilati və texniki tədbirlər həyata keçirmək və bu ünvanı əsl yaradıcılıq məkanına çevirmək niyyətindədir.

Bir sözlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda yeni yaradıcılıq uğurlarına imza atmaq iddiasındadır".



Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin