Manaf Ağayev AZADLIĞA ÇIXIR

13:15 - 3 Mart 2022

Manaf Ağayev AZADLIĞA ÇIXIR

Manaf Ağayevin azadlığa çıxacağı tarix məlum olub.

 

Hüquq-mühafizə orqanlarından Manset.az-a bildirilib ki, M.Ağayevin həbs müddəti martın 4-də bitir.

Müğənni sabah azadlığa buraxılacaq.

Qeyd edək ki, Manaf Ağayev fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs edilib. Buna səbəb isə müğənninin işğaldan azad edilən Füzuli şəhərinə qanunsuz səfər etməsi olub. (Lent.az)


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin