Atəş altında Kiyevdə toy... - FOTO

09:02 - 3 Mart 2022

Atəş altında Kiyevdə toy... - FOTO

Ötən gün döyüşlərin getdiyi Kiyevdə polislə jurnalist toy edib.

 

Manset.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Kiyev Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Anjelina Karyakina evləniblər.

Nikahın şahidi Milli Polisin Patrul Polis İdarəsinin rəisi, polis polkovniki Yevgeni Jukov olub.

Əminamanlıq dövründən fərqli olaraq, güllə yağışı altında baş tutan toyda gəlin, əlinə gül olaraq ev şəraitində dibçəkə bitən orxideya çiçəyi götürüb. 

Kiyev sakinləri cütlüyə yemək və şampan verib.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin