Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
16:39 - 2 Mart 2022
Azərbaycanın Ukrayna əsilli titullu qadın karateçisi İrina Zaretska Azərbaycanın idman ictimaiyyətinə müraciət edib.
Manset.az xəbər verir ki, Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu bu barədə "Instagram" hesabı vasitəsilə açıqlama verib.
26 yaşlı idmançı özü və həmyerliləri - qadın güləşçi, ikiqat dünya, səkkizqat Avropa çempionu, dördqat Olimpiya mükafatçısı Mariya Stadnik və cüdoçu, Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçısı İrina Kindzerskanın adından Milli Olimpiya Komitəsinə (MOK) müraciət ünvanlayıb. O, paylaşımında Azərbaycan Milli Karate Federasiyasını, Azərbaycan Güləş Federasiyasını, Azərbaycan Cüdo Federasiyasını və yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun adını işarələyib.
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 7-ci günü olduğunu xatırladan Zaretska, hazırda Bakıda ölkəsinə göndərmək üçün toplanan humanitar yardım mərkəzində olduğunu bildirib: "Buraya gələrək lazımi dəstək göstərən insanlara minnətdaram. Kömək edənlərin sayı xeyli çoxdur. Bu dəstəyə görə çox təşəkkür edirəm. Amma federasiyalara və MOK-a müraciət etmək istərdim: Mən, İrina Kindzerska və Mariya Stadnik sizin idmançılarıq, illərdir Azərbaycanı təmsil edirik. Bütün yarışlarda bayraq qaldırır, yüksək nəticələr göstərir, Azərbaycanın şərəfini qoruyuruq. İndi bizə sizin köməyiniz və dəstəyiniz lazımdır. Xahiş edirəm, kənarda qalmayın. Hazırda humanitar yardımın toplandığı barədə idman ictimaiyyətini məlumatlandırın. Köməklik etmək istəyən çoxlu insan var. Sadəcə, bunu necə etməli olduqlarını bilmirlər. Ukraynanın Azərbaycandakı səfirliyinin önündə humanitar yardım mərkəzi fəaliyyət göstərir. Yardımın toplanması həftəsonunadək davam edəcək. Fikrimcə, köməklik göstərə biləcək daha çox insan var. Çox sağ olun".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin