Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
16:30 - 2 Mart 2022
2016-cı ildə "Voice" ("Səs") yarışmasının Rusiya versiyası olan "Qolos"un azərbaycanlı iştirakçı sosial media hesabında Ukraynadakı hərbi əməliyyatlardan danışıb.
Manset.az xəbər verir ki, Aslan otuz ildən çoxdur Rusiyada yaşadığını bildirib:
"Anam iranlı, atam azərbaycanlıdır, otuz ildən çoxdur Rusiyada yaşayır. Oğlum yarı ukraynalıdır və orada yaşayır. İndi baş verən hər şey kabusa bənzəyir, elə bil yuxudur. İstərdim ki, yuxu olsun və siz oyanasınız, amma təəssüf ki, bu reallıqdır".
A.Əhmədov qeyd edib ki, babası Böyük Vətən Müharibəsinin iştirakçısı olub, burada müxtəlif millətlərin nümayəndələri çiyin-çiyinə beynəlxalq sülh uğrunda vuruşub:
“Əminəm ki, hər bir ailənin bu cəhənnəmi keçmiş öz qəhrəmanı var. Təbii ki, ilbiz kimi gizlənib, susub, bunun bizə aidiyyəti olmadığını iddia edərək susmaq olar. Amma parçalanmış dünyada yaşayacaq övladlarımız onları buna necə layiq gördüyümüzü soruşanda necə utanacağıq. Necə oldu ki, biz bu qədər zəhmət və qanla milyonlarla insanın canı bahasına miras qalan hər şeyimizi utanmadan itirə bildik.
Bu gün müharibənin olmasına necə icazə verə bilərik!? İnsanlar ölür. Buna susmaq olmaz. Biz bunu dərhal dayandırmağa çağırmalıyıq. Hamımızın sülhə ehtiyacımız var!”
Qeyd edək ki, A.Əhmədov ötən il həyat yoldaşı, Ukraynanın Xalq artisti İrina Biliklə ayrılıb. Onların yeddi yaşında Təbriz adlı oğlu var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin