"Olimpiakos"un baş məşqçisi Bakıya gələcək

09:35 - 8 İyul 2021

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins Bakıya gələcək.

Manset.az  xəbər verir ki, portuqaliyalı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.

Qeyd edək ki, Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də olacaq.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin