Rusiya xalqı paytaxt Moskva və Sankt-Peterburqda nümayiş keçirib.
Manset.az xəbər verir ki, yüzlərlə insan Ukraynaya qarşı hücumları dayandırmaq və sülhü təmin etmək üçün küçələrə axışıb.Nümayişçilər Rusiya administrasiyasını müharibəni dayandırmağa və sülhü təmin etməyə çağırıblar.
Sankt-Peterburqun Nevski küçəsində toplaşan kütlə müharibə əleyhinə plakatlar açıb, şüarlar səsləndirib.
Nümayişlərin icazəsiz keçirildiyi barədə xəbərdarlıq edən polis qrupa sərt şəkildə müdaxilə edib. Aksiyada 260-dan çox adam saxlanılıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra ölkə boyu etirazlar davam edir.
Gülçin Nağıyeva