Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
14:26 - 1 Mart 2022
ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Aynur Dadaşovanın bacısı Günel Dadaşovaya həsr olunub.
Manset.az xəbər verir ki, Aynur Dadaşoa mərhum bacısı Günelin ölüm anından danışıb göz yaşı töküb:
“Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, çünki youtubda hər şeyə baxmışam dedi. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim, sənin qəbrin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr ayı idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxti dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişird,i sonra təkrar düzəlirdi. O heç vaxt ədyalnan yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüyür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıdlı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin