Güclü yağış və külək Qərb bölgəsində fəsadlar törətdi

23:16 - 7 İyul 2021

Güclü yağış və külək Qərb bölgəsində fəsadlar törətdi

Axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib.

Manset.az xəbər verir ki, Gədəbəy rayonunda leysan yağış selə səbəb olub və bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfata, əkin sahələrinə ziyan vurub.

Şəmkir rayonunda da leysan yağış bir neçə sakinin yaşadığı evin həyətinə dolub. Rayonun bəzi hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bakı-Qazax avtomobil yolunun Gəncə, Şəmkir və Tovuz ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında da analoji vəziyyət qeydə alınıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin