Daha 3 ölkə Rusiya ilə oyunlardan imtina etdi

15:47 - 28 Fevral 2022

Daha 3 ölkə Rusiya ilə oyunlardan imtina etdi

Norveç, İsveçrə və Uels milli komandaları Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin futbol federasiyalarının mətbuat xidməti məlumat yayıb. Buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb göstərilib.

Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları Rusiya millisinə qarşı oyunlarda iştirak etməyəcəklərini açıqlamışdılar.

FİFA Rusiya millisinin Rusiya Futbol İttifaqının (RFİ) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin