COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
19:21 - 7 İyul 2021
İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.
Manset.az xəbər verir ki, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.
Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.
O bu postda Reuven Rivlini əvəzləyib.
İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.
Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin