"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
18:05 - 7 İyul 2021
Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhid Kapitan Abdullayev Rəşad Arif oğlunun ailəsi ilə görüş keçirilib və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.
Manset.az xəbər verir ki, görüşdə şəhid ailəsinin ,övladlarının arzu və istəkləri dinlənilmişdir. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin Dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilmişdir. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin