Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

14:40 - 26 Fevral 2022

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Manşet.az xəbər verir ki, bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, millət vəkilləri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
 


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin