Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
11:30 - 26 Fevral 2022
Xocalı soyqırımının 30-cu ildönümü Yasamal rayon ictimaiyyəti tərəfindən geniş şəkildə yad edilir.
Manset.az xəbər verir ki, bununla əlaqədar Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə anım mərasimi keçirilib. Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, qazilər, şəhid ailələri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Xocalı soyqırımına həsr erdilmiş bədii kompozisiya nümayiş etdirildi. 20 nömrəli məktəb-liseyin şagirdləri tərəfindən səhnələşdirilən kompozisiya ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımını canlandırdı. Səhnələşdirilən kompozisiya habelə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan ordusunun erməni işğalçılarından qisas aldığını da təsvir edib.
Anım mərasiminin sonunda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələri və qazilərlə söhbət etdi, onların qayğıları ilə maraqlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin