“Bəlkə də bu, sizinlə son yayımımdır...” - VİDEO

16:19 - 25 Fevral 2022

“Bəlkə də bu, sizinlə son yayımımdır...” - VİDEO

“Dostlar, müharibənin içindən hər kəsə salamlar. Bəlkə də bu, sizinlə son yayımımdır. Çünki paytaxt davamlı olaraq vurulur”. 

 

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna vətəndaşı, jurnalist Gülsüm Xəlilova özünün “Twitter” səhifəsində paylaşdığı videoda deyib.

“ATRChannel” kanalının jurnalisti bu günlərin 1941-45-ci illəri xatırlatdığını vurğulayıb: “Hökumət üzvləri insanları sığınacaqlara girməyə səsləyir. 21-ci əsrdə 1941-ci ilin qaranlıq günlərini yaşayırıq. Amma biz buradayıq və işləməyə davam edirik. Bizim kanal ruslar tərəfindən tanınır və onların hədəfləri arasındadır.

Amma olsun, qorxaraq yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır. Ukrayna döyüşçüləri və xalqı işğalçılara qarşı dirənirlər. 21-ci əsrdə Avropanın göbəyində bir ölkə rəsmən işğala məruz qalır, başını quma salmış dünya isə sadəcə bu hadisələri qınamaqla kifayətlənir. Gün gələcək onların da paytaxtı işğal olunanda anlayacaqlar, amma gec olacaq”.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin