100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçdi - Ceyhun Bayramov

13:35 - 25 Fevral 2022

100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçdi - Ceyhun Bayramov

“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.

 

Manset.az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov bildirib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmağı tövsiyə edib: “Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib”.

XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin