Əli Əsədovdan mühüm QƏRAR
1 Noyabr 2024
09:01 - 25 Fevral 2022
Bakının Xocalı prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Manset.az-a bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar prospektdə yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.
Bayraq Meydanından Neftçilər Prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılacaq və Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərliyeva istiqamətində dəyişidiriləcək.
"Neftçilər prospektinə çıxışlar tam bağlanılacaq. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə 8 Noyabr prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib. Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək", - deyə A.Əsgərli qeyd edib.
DYP rəsmisi sürücülərə mərasimin ölkə əhəmiyyətli olduğunu nəzərə alaraq qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi, anım mərasimində iştirak etmək istəyənlərə ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin