“Marsel” ikinci qolu vurdu - Yenilənir

23:32 - 24 Fevral 2022

“Marsel” ikinci qolu vurdu - Yenilənir

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel”lə (Fransa) cavab oyununa çıxacaq.
 
Manşet.az
xəbər verir ki, ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi, doğma meydanda cavab qarşılaşmasında qələbə qazanmağa çalışacaq.
 
Saat 21:45-də start götürəcək oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
 
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral
 
21:45. Qarabağ – Olimpik (Marsel)
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.

***

Matç başladı.

***

Qarşılaşmanın 12-ci dəqiqədə rəqibin heyətində Pape Quye hesabı açdı.

***

Oyunun 33-cü dəqiqəsində İbrahima Vadji “Qarabağ”ın qolunu vurdu.

***

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb. 

O, futbolçusuna qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib. 

Nəticədə qol sayılmayıb. 

***

Birinci hissə başa çatdı.

***

“Marsel” ikinci qolu vurdu. Matçın 77-ci dəqiqəsində Mateo Gounduzi fərqlənir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin