Təyyarənin qəzaya uğradığı yerdən 19 nəfərin meyiti tapıldı

13:34 - 7 İyul 2021

Təyyarənin qəzaya uğradığı yerdən 19 nəfərin meyiti tapıldı

Xilasedicilər Kamçatkada An-24 təyyarəsinin qəzaya uğradığı yerdə 19 nəfərin cəsədini tapıblar.

Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat veriblər.

“İndiyədək xilasedicilər 19 nəfərin meyitini aşkar ediblər. Ola bilər ki, onların çoxunun şəxsiyyətini müəyyən etmək üçün genetik ekspertiza tələb olunacaq. Hələlik yalnız 1 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub”, - agentliyə bildiriblər.

Qeyd edək ki, təyyarədə olan 22 sərnişin və 6 ekipaj üzvü ölüb.

Qasırğanın olması axtarış işlərinin aparılmasını çətinləşdirir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin