“Naqan” markalı tapança satmaq istəyən şəxs SAXLANILDI - FOTO

18:09 - 24 Fevral 2022

“Naqan” markalı tapança satmaq istəyən şəxs SAXLANILDI - FOTO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Manşet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı atəş üçün yararlı tapança aşkar edilərək götürülüb. Zeytun Məmmədov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

4-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zeytun Məmmədov barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin