Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı

12:27 - 24 Fevral 2022

Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.

 

Baş Prokurorluqdan Manset.az-a bildirilib ki, Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

A.Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvarında həbs edilib, fevralın 24-də Azərbaycana gətirilib.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin