Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
12:22 - 24 Fevral 2022
Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Fikrət Məlikov ifadə verib. O, vaxtilə "Azəriqaz"da işlədiyini, eyni zamanda kiçik bizneslə məşğul olduğunu bildirib: "Rafael Cəbrayılov sotu 1200 manatdan 2 hektarlıq torpaq satırdı. Məndən müştəri tapmağımı xahiş etdi. Mən də Anar adında şəxsi onunla tanış etdim”.
Zərərçəkmiş Anar Şıxəliyev bildirib ki, aldığı torpağa görə Rafael Cəbrayılova 240 min manat, qardaşı Rauf Cəbrayılova isə 340 min manat verib. Digər zərərçəkmiş Bəşir Məmmədov isə Elşən Cəbrayılova 115 min manat verdiyini bildirib.
Şahid qismində ifadə verən Elşən Cəbrayılov B.Məmmədovu tanımadığını deyib: “2002-2017-ci illərdə qardaşım Rafaellə tikinti işləri ilə məşğul olmuşuq. 2017-ci ildə onunla münasibətlərimiz pisləşdi. Axırda vəziyyət o həddə çatdı ki son 1 obyektimiz qalmışdı. Bir dəfə gecə ilə məndən pul istədi. 65 minlik maşınımı 51 minə satdım, evimi satdım, pulunu ona verdim. Təkcə bir bağ evim var, o da girovdadı. Deyirdim ay qardaş, bu pulları neynirsən, deyirdi faiz götürmüşəm onları verməliyəm. Binanın tikintisinə və bütün sənədləşmə işlərinə mən nəzarət edirdim. Satılan mənzillərin pullarını da Rafael götürüb apardı".
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, R.Cəbrayılov 2005-2019-cu illərdə Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olub. 2019-cu ildə deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürdüyü üzə çıxıb. Daha sonra onun deputat mandatı ləğv edilib. Bu ilin aprelində isə dələduzluq əməllərinə görə həbs edilib. O, ötən il sentyabrın 30-da həbsdə vəfat edib.
R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin