Deputat İrəvan səfərindən danışdı

11:11 - 24 Fevral 2022

Deputat İrəvan səfərindən danışdı

Ermənistanın paytaxtı İrəvanda səfər edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Azərbaycana qayıdıb.

 

Manset.az xəbər verir ki, bu barədə deputat Tahir Mirkişili öz sosial şəbəkə hesabında paylaşım edib.

Deputat qeyd edib ki, səfir çətin və mürəkkəb olub: “Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər”.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün fevralın 21-i İrəvana səfər ediblər.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin