SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
22:47 - 23 Fevral 2022
Fevralın 26-da Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Manşet.az federasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, 2 gün davam edəcək yarışda 13 idmançı qüvvəsini sınayacaq.
Böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komandada Əhməd Yusifov, Rövşən Əliyev Nazir Talıbov (hamısı 60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (hamısı 66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (hər ikisi 90 kq), İmran Yusifov və Camal Feyziyev (hər ikisi +100 kq) yer alıb.
Qeyd edək ki, Açıq Avropa turnirində 34 ölkədən 493 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin