SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
22:40 - 23 Fevral 2022
İspaniyanın “Seviliya” klubunun baş məşqçisi Xulen Lopeteqi Xorvatiyanın “Dinamo” komandasının azərbaycanlı üzvü Mahir Emreli barədə danışıb.
Manşet.az xəbər verir ki, X.Lopeteqi bu barədə Avropa Liqasının 1/16 final mərhələsində “Dinamo” ilə cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, qarşılaşacaqları rəqibin potensialına bələddir:
"Onlar Emreli ilə müqavilə imzalayıblar. Onu “Qarabağ”da olan vaxtlardan tanıyırıq. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərib. Sabah daha da çətin olacaq".
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzub. Növbəti görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin