Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
21:09 - 23 Fevral 2022
Kişilərin qadınlara nisbətən xəstəlik və hərarətə az dözümlü olması çoxdan məlumdur. Qadınlar 38-39 dərəcə qızdırmada yataqda uzanmasa da, kişilər 37 dərəcə qızdırmada artıq vəsiyyətlərini yazırlar.
Manşet.az bunun tibbi açıqlamasını təqdim edir.
Rusiyanın səhiyyə nazirliyi rəsmisi Andrey Tyajelnikov kişilərin qızdırmaya qarşı dözümsüzlüyünün səbəbini açıqlayıb.
“Qadınlar təbiətcə xəstəlik, ağrılara qarşı daha dözümlüdür, tez bərpa olurlar. Bu da onların hamiləlik və doğuşa dözümlü ola bilmələri üçün orqanizmlərinin hazırlıqlı olması ilə bağlıdır.
Kişilər isə adi soyuqdəymə və qripi də ağır keçirir, bunun səbəbi hələ erkən yaşdan zərərli vərdişlərə başlaması, səhhətinə vaxtında fikir verməməsi və ağrıya qarşı dözümsüzlükləridir.
Qadınların hormonal müdafiəsi və müxtəlifliyi, eləcə də immunitetlərinin aktivliyi kişilərdən bir addım öndədir.
Hormonların aktivliyinə görə qadınlar erkən yaşda daha az infarkt və insult keçirir.
Kişilərin immun sistemi isə siqaret, içki, zərərli vərdiş və s. səbəblərdən patogen virus və mikroblara tez reaksiya vermir.
Ona görə infeksiya daha ağırlaşmış formaya keçir.
Kişi psixologiyası da xəstəliklər qarşısında zəifdir, onlar yatağa düşəndə öz vəziyyətlərini bir az da qabardırlar və qorxurlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin