Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
19:01 - 23 Fevral 2022
Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 min 339-dur.
Manşet.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq" adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.
O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.
Məhv edilən vaksinlərin 273 min 848 dozası "AstraZeneca", 50 min 592 dozası "Pfizer", 182 min 898 dozası "Sputnik V" vaksinləridir.
Məlumata əsasən, ölkədə "AstraZeneca" vaksininin istifadəsi dayandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin