Fatih Terim Bakıda
15 Noyabr 2024
17:51 - 23 Fevral 2022
Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu, Xalq artisti Kamil Cəlilov bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Manset.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Mərhumun yaxın dostu, şair, jurnalist Habil İslam jurnalistlərə açıqlamasında Kamil Cəlilovla möhkəm dost olduqlarını xatırladıb: "Bizim Kamillə nə az, nə çox düz 35 illik dostluğumuz var. Bu gün Azərbaycan mədəniyyətinə çox boyük bir itki üz verib. Kamil Cəlilov ölkədəki yeganə qaboy ustadı idi".
Qeyd edək ki, Kamil Cəlilovun əvvəlcə Bilgəh qəbiristanlığında dəfn olunması nəzərdə tutulsa da, sonradan dəfn mərasimi II Fəxri Xiyabana dəyişdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin