Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
20:27 - 11 İyun 2021
Ukrayna Azərbaycanlıları Radasının azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olması ilə bağlı Ukrayna Milli Jurnalistlər Birliyinin sədri Sergey Tomilenkoya müraciəti cavabsız qalmayıb.
Diasporla İş üzrə Dövlət KomitəsindənMarsaj.az -a verilən məlumata görə, Ukrayna Milli Jurnalistlər Birliyi bununla bağlı etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda ölkəmizin Kəlbəcər rayonunda baş verən faciə ilə əlaqədar narahatlıq ifadə olunub, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilib.
"Birliyimiz azərbaycanlı həmkarlarımızın həlak olmasına görə təəssüfləndiyini bildirir. Biz Beynəlxalq və Avropa Jurnalistləri Federasiyalarının jurnalistlərin və mülki əhalinin müdafiə olunması tələbləri barədə çağırışlarına qoşuluruq. Beynəlxalq hüquq normalarına və beynəlxalq müqavilələrə ciddi şəkildə əməl olunmalıdır. Ümid edirik ki, birgə səylərimizlə Qarabağı jurnalistlər üçün təhlükəsiz vəziyyətə gətirəcəyik!", - deyə Ukrayna Milli Jurnalistlər Birliyinin rəhbəri Sergey Tomilenko bəyan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin