10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
1 Noyabr 2024
16:19 - 23 Fevral 2022
Moldovalı biznesmenlər Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərində iştirak edə bilər.
Manset.az xəbər verir ki, bunu Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.
İ. Qrosu deyib ki, moldovalı biznesmenlərlə bu barədə müzakirələri olacaq: “Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Moldovanın bu sahədə fəaliyyət göstərən İnkişaf Agentliyi arasında görüşdə də olacaq. Həm mən, həm də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin moldovalı biznesmenlərə bu ərazilərdə hansı miqyasda quruculuq, bərpa işləri aparıldığı barədə məlumat vermək imkanı olacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin ən müasir yanaşma əsasında inşa olunacağı barədə mənə məlumat verildi. Bu, moldovalı biznesmenlər üçün də yaxşı imkanların olması deməkdir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin