TAP kəməri TANAP-sız da genişləndirilə bilər

14:06 - 23 Fevral 2022

TAP kəməri TANAP-sız da genişləndirilə bilər

Trans-Anadolu boru qaz kəmərinin (TANAP) ötürücülük gücü artırılmadan Trans-Adriatik kəmərinin (TAP) genişləndirilməsi ilkin mərhələdə mümkündür.

 

Manset.az xəbər verir ki, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov dünyada baş verən geosiyasi proseslər fonunda TANAP-ın genişləndirilməsinin mümkünlüyü ilə bağlı sualı şərh edərək onlayn mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Avropaya Cənubi Qaz Dəhlizi üzərindən ixracın artırılması məsələsi daha çox TAP boru kəmərinin konsorsiumunun qərarlarından asılıdır. Azərbaycanı bu konsorsiumda da SOCAR təmsil edir. Şirkət majoritar səhmdar deyil və yalnız 20%-lik səhmlərə malikdir.

İ. Əhmədov qeyd edib ki, Avropa İttifaqının qanunvericiliyinə görə, hər bir qaz idxalçısı mütəmadi olaraq açıq mövsüm elan etməlidir, bu isə bazar araşdırılmalarının aparılması və genişləndirmə ilə bağlı müvafiq qərarların verilməsini tələb edir.

"TAP konsorsiumu hər hansı bir geosiyasi inkişaflar olub-olmasından asılı olmayaraq, bu cür açıq mövsümləri və bazar araşdırmalarını həyata keçirir. Ötən il onlar bu prosesə başlayıblar və bu il ərzində, yəqin ki, qərar (kəmərin genişləndirilməsi ilə bağlı – red.) veriləcək", - İ. Əhmədov vurğulayıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin