Bu ərazidə 6 saat işıq olmayacaq
1 Noyabr 2024
12:57 - 23 Fevral 2022
“Məni ən çox narahat edən məsələ bir doza belə vaksin qəbul etməyən əhalidir”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu məsələ analiz edilib: “Vaksin sertifikatı tələb olunan qapalı məkanlar daha çox gənclərin, orta yaşlı insanların istifadə etdiyi məkanlardır.
Ona görə də “buster” doza tələb olunan zamandan bu yaş aralığında insanların vaksinasiyadan keçməsi prosesi aktivləşib. Ancaq heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir. \Çünki onlar COVID-19 sertifikatı əldə etməkdə maraqlı deyillər. Bizi da narahat edən bu yaş qrupundan olan və heç bir doza vurdurmayan insanlardır. Xəstələndikləri an onlar risk qruplarıdır. Bununla əlaqədar bir çox maarifləndirici tədbirlər də həyata keçirmişik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin