Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
12:02 - 23 Fevral 2022
Əməkdar artist Gülüstan Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
Manset.az xəbər verir ki, "MTV" kanalında yayımlanan “Üzə-düz” proqramına dəvət olunan sənətçi bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı şəkildən danışıb. Sənətçi həmin fotonu onun qızı kimi təqdim edildiyini, əslində isə bacısı qızı olduğunu deyib.
Bu şəkilə yazılan şərhlər isə Əliyevanı özündən çıxarıb:
“Bir foto paylaşdım, amma o xanım mənim qızım deyildi, bacımın qızı idi. Nə xoşbəxt olaydım ki, mənim qızım olaydı. 4-5 övladım olsun, mən bunu çox istəyərdim. Bir oğlum var, bunu da hamı bilir. O fotodan sonra çox pis rəylər oxudum. Ay insanlar, axı məsələnin əslini bilirsiniz. Təəssüf ki, o söz-söhbət bizi cəmiyyətdə gözdən salmaq üçün olur...
Suallar yarandı ki, guya Gülüstan Əliyeva 2-ci dəfə ailə qurub, ya kimləsə yaşayır. Olmayan şeyləri yazmayın, ayıbdır. Mən də başqa sənət adamları kimi o yazarları məhkəməyə verib, təzminat da ala bilərəm. Amma mən bu şeyləri özümə yaraşdırmıram. Açıqlama isə ona görə vermədim ki, hər kəs həqiqəti bilir, mənimçün gülməli göründü”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin