“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
1 Noyabr 2024
11:07 - 23 Fevral 2022
“Bu ilin sonuna kimi daha 50 xidmət elektronlaşdırılacaq”.
Manset.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Dövlət Sosial Müdafiə Fondu ilə birgə təşkil etdiyi “MDB-də sosial islahatlar: trendlər, potensiallar və həll yolları” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Nazirlik üzrə xidmətlərin 90%-nin e-platformaya keçirilməsi hədəf qoyulub:
"Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib, bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olub. Həmin dövrdə minimum əməkhaqqı orta hesabla 2,3 dəfə, minimum pensiya 2,2 dəfə, sosial müavinətlər 70%, ümumi sosial xərclər 2,5 mlrd. manat artıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verib”.
Nazir bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib:
“Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edir
Nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verilib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatıb".
S. Babayev COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə etdiyini qeyd edib:
“Məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib".
Nazir DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib. Həmçinin Nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini diqqətə çatdırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin