“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
19:12 - 22 Fevral 2022
Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsində şahidlər ifadə verib.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyevə söz verilib.
O, bacısınının İ.Məmmədov tərəfindən xidməti dubinka ilə döyüldüyünü bildirib:
“Bacım bir dəfə mənə zəng elədi ki, “gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm”. Dubinka və təpiklə onu döymüşdü. Bu hadisə bir dəfə də təkrarlanmışdı. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. İsmayıla ömürlük həbs verilməsini xahiş edirəm".
Şahid qismində ifadə verən Gülxanım Yolçuyeva mərhumun bibisi olduğunu deyib. Onun sözlərinə görə, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub:
"Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, onu bizə çatdırsın. Sürücü də onu götürmək istəməyib. Taksi sürücüsünə deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı.
Votsapda adi bir qrup yazışmasına görə qızımızı dubinka ilə döyüb, başını divara çırpıb. Səhər bölmədə təhqiqatçının otağına girib hadisəni danışdıq və ekspertizaya getmək üçün sənədlər hazırlandı. İsmayıl içəri gəldi, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmayıb. Sonra balamı qanına qəltan elədi”.
24-cu polis bölməsinin sahə inspektoru Ramin Hacıyev bildirib ki, mərhum Xanım Məmmədov tərəfindən 102 xidmətinə döyülmə ilə bağlı sorğu gəldi:
"Əməliyyat qrupu olaraq getdik Xanım Məmmədovanın otağına, amma qapını bizə açan olmadı. Biz Xanım Məmmədova ilə əlaq saxladıq, dedi ki, bibisigildədir. 08:00-da onu təhqiqatçı Füzuli Qurbanovun otağına yola saldım. Sonra İsmayıl mənə zəng elədi dedi ki, şöbənin qarşısındayam və onu Füzuli müəllim çağırıb. İsmayılı tanıyırdım, onun taqım komandiri olmuşam. Həmin vaxt da Füzuli müəllim şöbənin qarşısında idi. Elə təhqiqatçı İsmayılı qaldırdı rəisin otağına. İsmayılın onun yoldaşı olduğunu bilmirdim".
Daha sonra şahid qismində ifadə verən Füzuli Qurbanov bildirib ki, həmin gün polis bölməsində təhqiqatçı köməkçisi imiş:
"X.Məmmədova şikayətini bizə edəndən sonra idarə rəhbərliyinə məruzə etdik. Çünki əməkdaşımız Ramin Hacıyev gəldi otağıma, dedi ki, İsmayıl polis nəfəridir. Belə olan halda biz, sözsüz ki, rəhbərliyə məruzə etməli idik. Rəisimiz də başa saldı ki, ailə arasında söz-söhbətlər olur.
Bizim xidmətin əməkdaşıdır, yaxşı hal olmaz. Mən kompüterin qarşısında idim. İsmayıl Məmmədov xidməti otağa dəvət olunmamışdı. Girdi otağa, dedi ki, uşaqlarla görüşüb çıxır və uşaqlarla görüşdü, anidən həyat yoldaşını qətlə yetirdi. Xanıma 2, ya 3 güllənin vurduğunu yəqin etdim. Mən onun qolundan tutanda atəş açırdı. Sonra dedi ki, özümü öldürmək istəyirdim”.
Məhkəmənin növbəti baxış iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin