İrəvanda ermənilər təxribata əl atdı: Azərbaycanlı deputatdan sərt reaksiya

17:36 - 22 Fevral 2022

İrəvanda ermənilər təxribata əl atdı: Azərbaycanlı deputatdan sərt reaksiya

Fevralın 22-də İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclasında erməni tərəfi təxribata əl atıb.

 

Manset.az xəbər verir ki, iclas zamanı nümayiş olunan təqdimatda ermənilər separatçılıqlarını ortaya qoyublar.

Məsələyə iclasda iştirak edən Azərbaycan nümayəndə heyətindən – deputat Tahir Mirkişili dərhal reaksiya verib.

“Biz hər birimiz parlamentariyik və biz beynəlxalq təşkilatda təmsil olunuruq. Biz qonaqlarımızı təmsil etdiyimiz beynəlxalq təşkilatın reqlamentinə hörmət edəcəyinə ümid edərək onları dəvət edirik. Siz Azərbaycanın bir hissəsinin düzgün əks olunmadığı təqdimat göstərdiniz. Mən bunu təxribat hesab edirəm”, - deyə T.Mirkişili bildirib.

Azərbaycanlı parlamentari bundan sonra təşkilatın katibliyinə müraciət edərək təqdimat və slaydların ekrana verilmədən öncə yoxlanılmasını istəyib.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin