“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
17:36 - 22 Fevral 2022
Fevralın 22-də İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclasında erməni tərəfi təxribata əl atıb.
Manset.az xəbər verir ki, iclas zamanı nümayiş olunan təqdimatda ermənilər separatçılıqlarını ortaya qoyublar.
Məsələyə iclasda iştirak edən Azərbaycan nümayəndə heyətindən – deputat Tahir Mirkişili dərhal reaksiya verib.
“Biz hər birimiz parlamentariyik və biz beynəlxalq təşkilatda təmsil olunuruq. Biz qonaqlarımızı təmsil etdiyimiz beynəlxalq təşkilatın reqlamentinə hörmət edəcəyinə ümid edərək onları dəvət edirik. Siz Azərbaycanın bir hissəsinin düzgün əks olunmadığı təqdimat göstərdiniz. Mən bunu təxribat hesab edirəm”, - deyə T.Mirkişili bildirib.
Azərbaycanlı parlamentari bundan sonra təşkilatın katibliyinə müraciət edərək təqdimat və slaydların ekrana verilmədən öncə yoxlanılmasını istəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin