“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” - Rəsmi cavab
2 Noyabr 2024
17:25 - 22 Fevral 2022
Şifahi imtahana buraxılmış hakimliyə namizədlərin adları açıqlanıb.
Manset.az E-huquq.az-a istinadən xəbər verir ki, yazılı imtahanda uğur qazanaraq şifahi imtahana buraxılan 54 nəfər namizəddən 15-i Vəkillər Kollegiyasının üzvüdür.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov hakimliyə namizədlər arasında vəkillərin də uğur qazanmasını sevindirici hal kimi qiymətləndirib.
“Bu gün ölkəmizdə yeni hakim korpusunun formalaşdırılmasında vəkillik savadlı, təcrübəli, yüksək mənəvi keyfiyyətlərə malik olan hüquqşünasların əhəmiyyətli kadr bankı rolunu uğurla icra edir”, - deyə o qeyd edib.
Sözügedən 15 vəkil namizədin siyahısını təqdim edirik:
1. Alməmmədov Nəriman Əli oğlu
2. Babayeva Fəridə İslam qızı
3. Cəfərxanov Əyyub İsrafil oğlu
4. Əfəndizadə Tural Qurbanəli oğlu
5. Əliyev Süleyman Hüseynqulu oğlu
6. Əliyeva Leyla Kamil qızı
7. İsmayılov Samir Bəyistan oğlu
8. Qənbərov Tağı Ədalət oğlu
9. Quliyeva Güləndam Gündüz qızı
10. Məmmədova Günel İqbal qızı
11. Mirzəfərova Könül Murtuz qızı
12. Musayeva Vüsalə Vahid qızı
13. Zalıyev Mayıs Mayıl oğlu
14. Zeynalov Emin Əlibala oğlu
15. Abdullayev Rəşad Tapdıq oğlu
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin