Metropolitendən vəfat edən işçi ilə bağlı Açıqlama

14:30 - 22 Fevral 2022

Metropolitendən vəfat edən işçi ilə bağlı Açıqlama

Ötən gün Bakı Metropoliteninin əməkdaşının iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb. 

 

Manset.az xəbər verir ki, məsələ ilə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, Məlikəli Əliyevin iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur.

“Elektrik təchizatı xidmətinin elektrik yarımstansiyaları distansiyasının elektrik mexaniki olan Məlikəli Əliyev cümə günü (18 fevral – red.) işçi həqiqətən işdə özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında öz funksiyalarını yerinə yetirib. Həmin gün gecə saatlarında onun vəziyyəti pisləşib və ona təcili yardım çağırılıb. Daha sonra Məlikəli Əliyev insult diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ötən gün saat 20:00-21:00 radələrində 63 yaşlı işçimiz vəfat edib”, - deyə Məmmədov bildirib.

Bakı Metropoliteninin rəsmisi vurğulayıb ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də məlumat verilib.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin