“Botoksum belə yoxdur” dedi, arxiv fotoları yenidən gündəmə gəldi

12:36 - 22 Fevral 2022

“Botoksum belə yoxdur” dedi, arxiv fotoları yenidən gündəmə gəldi

Türkiyəli aktrisa Demet Özdemir dəyişimi və estetik iddiaları ilə bağlı açıqlama verib.

 

Manset.az  “Magazin D”yə istinadən xəbər verir ki, aktrisa estetik etdirməsi ilə bağlı bunları deyib: “Doqquz ildir seriallarda rol alıram. Əməliyyat olacaq vaxtı haradan tapa bilərəm? 16 yaşımdakı halımla 30 yaşımdakı halımı yan-yana qoyurlar. Təbii ki, eyni deyilik! Üstümə çox gəlirlər”.  

O, həmçinin botoks etdirmədiyini deyib: “Kilo alıb, kilo verirəm. Qaş belə aldırsan, üz dəyişir. Botoksum belə yoxdur! Mimik hərəkətlər çox edirəm, oynayarkən çətin olacağını düşündüyüm üçün 40 yaşıma qədər də botoks etdirməyi düşünmürəm. Sadəcə üz yoqası edirəm”.

Demet Özdemirin bu açıqlamasına sosial şəbəkə izləyicilərinin bir qismi inanmayıb və arxiv fotolarını yenə gündəmə gətirib. Məşhur aktrisanın üzündəki dəyişim diqqət çəkib.

Daha əvvəl türkiyəli tanınmış müğənni-aktyor Oğuzhan Koç sevgilisi, məşhur aktrisa Demet Özdemirə evlilik təklifi edib. Demetin cavabı müsbət olub.

 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin