İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi Bakıya gətirildi - "Səni axtarıram"-dan unikal addım+VİDEO

10:44 - 22 Fevral 2022

İsveçdə öldürüldüyü iddia edilən Şəbnəmin cənazəsi Bakıya gətirildi -

Xoşqədəm Hidayətqızının layihəsi olan və ARB telekanalında yayaımlanan “Səni Axtarıram” verilişində İsveçdə ölən qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub.

Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhum qızın valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər.

Onu da qeyd edək ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin maneə olurdu. Cənazənin Azərbaycana köçürülməsində dəstək olanlar və eyni zamanda verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Elvin və arxasında duran şəxslər tərəfindən hədələnirdi.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin