Nyu-Yorkda silahdan istifadəsi ilə bağlı cinayətlərə görə fövqəladə vəziyyət elan edilib

08:15 - 7 İyul 2021

Nyu-Yorkda silahdan istifadəsi ilə bağlı cinayətlərə görə fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo silah istifadəsi ilə bağlı cinayətlərin artması fonunda fövqəladə vəziyyət elan edib.

Manset.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə qubernator öz "Twitter" səhifəsində yazıb.

E.Kuomo bildirib ki, odlu silah istifadə etməklə zorakılıq ictimai səhiyyə sahəsini böhrana aparıb:

"Hazırkı tədbir bu böhrandan çıxmaq üçün lazımi resursları və diqqəti sərf etməyimizə imkan verəcəkdir".

Ştat hakimiyyəti odlu silahların potensial təhlükəli insanların əlinə keçməsinin və insan alverinin qarşısını almaq üçün səyləri artırmaq niyyətindədir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin