SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
10:02 - 22 Fevral 2022
Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Marsel” – “Qarabağ” oyununda yaşanmış erməni təxribatı ev sahiblərinin cəzalandırılmasına səbəb olacaq.
Manset.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də “Velodrom”da baş tutan qarşılaşmada tribunada təxribat xarakterli bannerin və Qarabağdakı separatçıların əski parçasının açılması “Marsel” rəhbərliyinə baha başa gələcək.
Həmkarlarımız qanunsuz bannerlərdən istifadə, azarkeşlərin məşəl yandırması və ictimai keçid yollarını bağlaması ucbatından “Marsel”in UEFA tərəfindən cəzalandırılacağını yazıb: “Marsel” “Qarabağ”la ev oyununda yaşananlar səbəbindən yenidən UEFA-nın İntizam Komitəsinin qarşısına çıxıb. Fransa klubu 2020-ci ildə UEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə qitə futbol qurumunun araşdırmaları ilə üzləşmişdi. Həmçinin azarkeşləri dəfələrlə klubu UEFA-nın intizamına sürükləyib”.
Qeyd edək ki, Marseldə keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıb. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin