SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
09:19 - 22 Fevral 2022
UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər.
Manset.az "Mirror"a istinadən xəbər verir ki, səbəb Rusiya və Ukrayna arasında DXR və LXR-in tanınması ilə bağlı artan münaqişədir.
Çempionlar Liqasının finalına ev sahibliyi etmək 70 milyon avroya başa gəlir. "Qazprom Arena"ya əsas alternativ İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionudur.
UEFA-nın lazım gələrsə, fövqəladə hallar planı hazırlamaqdan ötrü Ukrayna böhranını yaxından izlədiyi bildirilir.
Ötən mövsüm qitənin bir nömrəli klub turnirinin finalı oyuna 3 həftə qalmış Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilib.
Qeyd edək ki, cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin